Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

12 Sentyabr 2025 10:34Manşet / Sosial

Ağdamda külək 9 kəndi işıqsız qoydu

 

Ağdamda keçən qeyri-sabit hava şəraiti nəticəsində 9 kəndə elektrik enerjisinin verilişi dayanıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gündən əsən külək gecə saatlarında güclənərək elektrik xətlərini qırıb.

Nəticədə səhər saatlarından başlayaraq, rayonun Əhmədağalı, Xındırıstan, Səfərli, Üçoğlan, Aşağı Yüzbaşılı, Yuxarı Yüzbaşılı, Mirəşelli, Kol Qışlaq və Quzanlı qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 

Hazırda aidiyyəti qurumlar qırılmış elektrik xəttinin bərpasına çalışır. Artıq bir neçə kəndə elektrik enerjisinin verilişi təmin edilib.

Ziya Əmirxanlı