Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Bugün, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Bugün, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
Dünən, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
Dünən, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dünən, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

07 Sentyabr 2025 10:33Manşet / Gündəm / Kriminal

Bakıda evlərə girməyə çalışan qadın tutuldu

 

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.

“Qafqazinfo” xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.

Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

***

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub: “1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

***

Polis əməkdaşları tərəfindən həmin qadın saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: