Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Bakıda iş adamı yazdığı mesaja görə qadın işçisini döyüb - Video
Bakıda apteklərdən birində xanım işçinin döyülməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə orta yaşlı kişinin aptekdə çalışan gənc qızı təpikləyərək döyməsi, başına stul çırpması əks olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin 8 iyun tarixində Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən aptekdə baş verib. Paytaxtda çoxsaylı aptekləri olan iş adamı Elnur Cabbarov sahibi olduğu aptekə gələrək orada çalışan N.Aşirovaya hücum edib və döyərək xəsarətlər yetirib.
Belə ki, hadisədən 1 gün əvvəl, yəni iyunun 7-də N.Aşirova iş yoldaşı olan həmcinsi ilə yazışarkən müdiri olan E.Cabbarovu pişiyinə bənzədərək, onun “toppuş” olduğunu bildirib.
Digər əməkdaş bu barədə müdirə məlumat verib və N.Aşirovanın telefonunu əlindən alaraq yazışmalarına baxış keçiriblər. Bundan sonra aptekə gələn E.Cabbarov xanım əməkdaşı döyüb. O, daha sonra xanımın üzr videosunu çəkərək votsapdakı qrupa göndərib.
Görüntülər isə apteklər şəbəkəsində çalışan digər xanım əməkdaşın işdən çıxarılmasından sonra ictimailəşib. Bununla bağlı olaraq E.Cabbarov xanım əməkdaşa zəng edərək onu təhqir edib. Qadının əri isə ona zəng edərək görüşə çağırıb və aralarında dava-dalaş olub.
Bu hadisədən sonra E.Cabbarov və işdən çıxardığı qadının əri polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.























































