Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Hər kəs öz hekayəsinin qəhrəmanıdır! – Dünya səhnəsini riqqətə gətirən Azərbaycan istedadı Zakir Bədəloğlunun uğur yolu
Emin Rusiyada ard-arda konsert verəcək - Qərarı dəyişdi
Tanınmış müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, Emin bu barədə məlumatı instaqram hesabında paylaşıb.
Müğənni qeyd edib ki, musiqili yeni mövsümə noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində təşkil ediləcək konsertlə start verəcək.
Bununla yanaşı, Eminin Rusiyadakı növbəti konsertləri noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada baş tutacaq.
O həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda konsert verəcək.
Xatırladaq ki, Emin son zamanlar Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda iyunun əvvəli Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konsertini təxirə salmışdı. Eminin instaqram səhifəsində paylaşılan posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunmuşdu.






















































