Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
Ağdamda valideynləri tərəfindən döyüldüyü deyilən azyaşlının vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (oğlan) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, avqustun 27-si 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.























































