Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Bakı-Ağdam qatarında muğam oxudu
32 il sonra reysə çıxan Bakı–Ağdam–Bakı qatarının ilk sərnişinlərindən biri də Əməkdar artist Cabir Abdullayev olub.
“Qafqazinfo” xəbər verir ki, xanəndə Bakı-Ağdam qatarında muğam ifa edib.
C.Abdullayev 32 il sonra öz yurduna qatarla gedə bildiyi üçün xoşbəxt olduğunu bildirib: “Çox sevinirəm, çox xoşdur ki, bir qarabağlı, bir ağdamlı kimi 32 ildən sonra qatarla torpağımıza gedirik. Bu gün təsadüfən dostlarımla, cəbhə yoldaşlarımla da rastlaşdıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Ən son 1994-cü ildə Ağdama səfər etmişdim. Döyüşdə iştirak edirdim, Bakıya gedəsi oldum. Hər kəsi təbrik edirəm ki, 32 ildən sonra yenidən qatarla Ağdamımıza gedirik”.
Xatırladaq ki, qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib.
Mədinə Useynova
Sənətçinin muğam ifa etdiyi videonu təqdim edirik:























































