Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
“Azərbaycan davamlı sülhün bərqərar olmasına çalışır”
“Ölkə Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər, əldə olunan razılaşmalar Azərbaycanla Ermənistan arasında qarşıdurmanın və gərginliyin sonu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması deməkdir. Diqqətəlayiq haldır ki, Ağ Evdə paraflanmış sülh sazişinin mətni də Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə məhz Azərbaycanın baxışına əsaslanır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindən imzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçün çox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar:
“Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərək apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbul edilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistan münaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktiki olaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuq və inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz buna görə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh prosesinə başlamağı təklif etdi və danışıqlar formatının təşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdim etdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, bir neçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞ Prezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu gün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsas səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur.
Sülh sazişinin paraflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinə dair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütün beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası da dəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamilə yeni imkanlar açır. Bundan sonra Ermənistanın geri addım atacağı əlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələr Ermənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eyni zamanda da, Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərər görə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhə və sabit inkişafa yeganə zəmanətdir”.
K.Qafarov Suriya-İsrail münasibətləri ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib:
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanlarının artması təbii ki, beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Azərbaycanın Suriya ilə İsrail arasında normallaşmanın əldə olunması prosesində oynadığı rola dair “Əl-Ərəbiyyə” müxbirinin verdiyi suallar da bunu bir daha təsdiq edir. Məlumdur ki, bu iki ölkənin rəsmiləri arasında danışıqlar məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutdu. Hər zaman ölkəmizin sülhsevər mövqelərdən çıxış etdiyini vurğulayan Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz ətrafında sülhün olmasını istəyir. Dövlətimizin də məqsədi yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin şaxələndirilmiş istiqamətləri Azərbaycana qlobal hadisələrin mərkəzində olmaq və onların gedişini bəzi həlledici məqamlarda düzgün istiqamətləndirmək imkanları verir”.























































