Xəbər Lenti
Bugün, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Bugün, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Dünən, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Dünən, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
Dünən, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Dünən, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Dünən, 11:24
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Dünən, 11:03
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Dünən, 11:00
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
16-06-2026, 21:14
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
16-06-2026, 14:24
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
16-06-2026, 14:20
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
16-06-2026, 14:14
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
15-06-2026, 17:43
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15-06-2026, 14:38
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Laçın möhtəşəm tarixi anlarını yaşayır
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub. Sərəncamla 26 avqust Laçın şəhəri günü kimi müəyyən edilmişdir. Bu qərar həm Laçının tarixi əhəmiyyətinin vurğulanması, həm də şəhərin yenidən qurulmuş simasının milli yaddaşda möhkəmləndirilməsi baxımından mühüm strateji və ideoloji məna daşıyır.
Tarixi kontekstə və işğal dövrünün faciələrinə nəzər salsaq görərik ki, 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılması və şəhər statusu alması ilə bölgənin inzibati mərkəz kimi formalaşması başlamışdır. 1930-cu ildə təşkil edilən Laçın rayonu Ermənistan və ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında körpü rolunu oynayıraq strateji mövqeyi ilə seçilirdi.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin Laçını işğal etməsi Azərbaycan üçün həm hərbi, həm də geosiyasi baxımdan ağır nəticələr doğurdu. AXC-Müsavat hakimiyyətinin səriştəsiz və məsuliyyətsiz siyasəti nəticəsində Şuşa və Laçının itirilməsi düşmənin strateji üstünlük əldə etməsinə şərait yaratdı. İşğal dövründə Laçının mədəni, təhsil, səhiyyə və iqtisadi infrastrukturu tamamilə dağıdıldı, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı.
Vandalizmlə kifayətlənməyən Ermənistan beynəlxalq hüququn normalarını pozaraq Laçında qeyri-qanuni məskunlaşdırma aparmış, təbii resursları talamış və coğrafi adları dəyişdirmişdir. Bu faktlar Cenevrə konvensiyalarının kobud şəkildə pozulması ilə yanaşı, Ermənistanın dövlət səviyyəsində törətdiyi müharibə cinayətlərinin sübutudur.
Tariximizə qızıl hərflərlə yazılan, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri nəticəsində imzalanmış 10 noyabr 2020-ci il bəyanatına əsasən, Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qətiyyətli siyasət tarixi ədalətin bərpası və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının parlaq nümunəsidir.
Laçının azad olunması uğrunda xüsusi igidlik göstərmiş 8418 hərbi qulluqçu dövlət başçısının sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu, Laçın zəfərinin xalqımızın yaddaşında qəhrəmanlıq rəmzi kimi qalacağını təsdiqləyir.
İşğaldan azad ediləndən sonra Laçında genişmiqyaslı bərpa və inkişaf strategiyası həyata keçirilməyə başladı. Rayonun enerji potensialı ən müasir texnologiyalar əsasında bərpa olunur: ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyası fəaliyyətə başlayıb. Bu stansiyalar ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, həm də “yaşıl enerji” konsepsiyasına töhfə verir.
Yol-nəqliyyat infrastrukturu da yeni mərhələyə qədəm qoyub. Kəlbəcər–Laçın avtomobil yolunun uzunluğu 75,8 km olacaq və üzərində 17 tunel, 23 körpü inşa edilir. 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə regionun beynəlxalq statusunu yüksəldərək turizm, logistika və investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Sosial və iqtisadi sektorda da bərpa işləri uğurla davam edir. Laçın şəhərinin Baş planı “15 dəqiqəlik şəhər” konsepsiyası əsasında hazırlanıb. Şəhərdə artıq 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib, məktəblər, bağçalar, səhiyyə müəssisələri istifadəyə verilib.
İqtisadi inkişaf istiqamətində “Laçın Aqro-Sənaye Parkı” xüsusi əhəmiyyət daşıyır. Burada mebel fabrikləri, yeyinti sənayesi, balıqçılıq, yüngül sənaye müəssisələri fəaliyyətə başlayır. Mebel fabriki, prefabrik evlər istehsalı, heyvandarlıq və balıqçılıq təsərrüfatları yerli məşğulluğun təmin olunmasına xidmət edir.
Zəngin təbiəti ilə tanınan Laçında turizm sahəsində də ciddi addımlar atılır. 2025-ci ildə açılan “Laçın” İstirahət Kompleksi regionu beynəlxalq turizm mərkəzinə çevirmək üçün yeni imkanlar açır. Çaykənarı bulvar, istirahət parkları, kanat yolu və digər infrastruktur layihələri Laçını cazibədar istirahət məkanına çevirəcək.
İşğaldan azad edilən digər rayonlar kimi 2023-cü ildən etibarən Laçına da Böyük Qayıdış prosesi başlayıb. Artıq minlərlə laçınlı doğma torpaqlarına köçürülüb. Zabux, Sus, Bəylik kəndləri tamamilə yenidən tikilib, müasir sosial və infrastruktur obyektlərlə təmin olunub.
Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib. Bu, şəhərin yalnız iqtisadi deyil, həm də mədəni mərkəzə çevrildiyini göstərir. “Hoçazfilm” studiyasının yaradılması Laçını regional yaradıcılıq mərkəzinə çevirir, həm də Qarabağın salnaməsini bədii və sənədli formatlarda dünyaya təqdim etməyə imkan yaradır.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş Laçına ardıcıl səfərləri bu şəhərin dövlət siyasətində xüsusi prioritet olduğunu təsdiqləyir. Açılış mərasimləri, infrastruktur layihələrinin təqdimatı, sakinlərlə görüşlər dövlət başçısının Laçını yalnız bərpa yox, həm də inkişaf modeli kimi formalaşdırmaq niyyətini ortaya qoyur. Əminliklə deyə bilərəm ki, tezliklə Laçının adı dünyanın ən aparıcı turizm məkanları ilə yanaşı çəkiləcək.
26 avqust – Laçın şəhəri günü yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də Azərbaycanın güclü dövlətçilik iradəsinin nümayişidir. İşğaldan sonrakı dağıntıların yerində bu gün müasir enerji infrastrukturu, beynəlxalq hava limanı, sənaye zonaları, turizm kompleksləri və abad yaşayış məntəqələri yüksəlir. Laçının bugünkü inkişafı Prezident İlham Əliyevin sözlərini təsdiqləyir: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.