Xəbər Lenti
Dünən, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 16:56
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
8-04-2026, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
8-04-2026, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
Ağdamın işğaldan azad edilməsindən 4 il ötür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.
Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib.
Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib.
Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub.
Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ölkə başçısının bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.























































