Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
KİV: Pentaqon Çikaqoya minlərlə Milli Qvardiya hərbçisi göndərəcək
Pentaqon cinayətkarlıqla mübarizə məqsədilə sentyabr ayında İllinoys ştatının Çikaqo şəhərinə bir neçə min Milli Qvardiya hərbçisini göndərməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrdən birinin verdiyi məlumata görə, bu model gələcəkdə cinayətkarlıq, evsizlik və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə digər böyük şəhərlərdə də tətbiq oluna bilər.
Xatırladaq ki, iyun ayında ABŞ Prezidenti Donald Trampın administrasiyası yerli hakimiyyət orqanlarının etirazlarına baxmayaraq, Los-Ancelesə 4 000 Milli Qvardiya hərbçisi və 700 dəniz piyadası yerləşdirib.























































