İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
“Azyaşlı qızların belə davranışı qəbuledilməzdir” - Dövlət Komitəsi
“Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir: “Bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir.
Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, “trendlər” və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır”.
Komitədən bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir: “1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır.
Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır”.
Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edib:
- Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın;
- Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin;
- Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin;
- Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun;
- Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın.
- Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir.
- Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!
Qeyd edək ki, azyaşlıların, xüsusilə qızların bu tip rəqslərə cəlb edilərək sosial şəbəkələrdə videolarının paylaşılması bir neçə ildir ki, trend halını alıb. Adətən onlara bu rəqsi öyrədən müəllimlər bəyənmə yığmaq xatirinə uşaqların üzlərini belə paylaşmaqdan çəkinmirlər.
“Qafqazinfo” problemlə bağlı hələ ötən il təndiqi material hazırlamışdı. Sözügedən yazı ilə bu linkdən tanış ola bilərsiniz.






















































