“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
BAYRAM AŞIQLI: Sözün və Vətən sevgisinin carçısı
Hörmətli və əziz oxucular! Mən hər zaman qələm sahiblərini, sözə dəyər verən insanları yazılarımda xüsusi qeyd etmişəm. Bu gün isə sizə sözün, poeziyanın, Vətən sevgisinin təmənnasız xidmətçisi olan bir şairdən – əsli Tovuz torpağından olan Vətənpərvər, sülhsevər bir insan Bayram Aşıqlıdan və onun fəaliyyətindən yazıb sizlərə çatdıracağam.
Məmmədov Bayram Əli oğlu - 1960-cı il martın 22-də Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya göz açıb. Orta təhsilini doğma Aşağı Quşçu kəndindəki İsmayıl Mürşüdov adına 1 saylı tam orta məktəbində alıb. 1986-cı ildə Bakı şəhəri Neft və kimya texnikumunun Mexanik fakultəsini bitirib.
Gənc yaşlarından köksündə olan bədii yaradıcılıq istedadını altmış yaşa qədər dayşıyaraq, ahıl yaşında üzə çıxarmışdır. İlk şeirləri “Şərqin səsi” qəzetində və “Zirvə” poeziya antologiyasında çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib.
Ailəlidir, 3 övladı - iki qızı, bir oğlu var. Qızları ailəlidir, oğlu isə subaydır. Üç nəvəsi var; iki oğlan, bir qız.
Bayram müəllimin yaradıcılığına bir az geniş rakursdan baxsaq, onun həyat yolunun hər addımında ədəbiyyata, vətənə və torpağa sevgi görərik. O, poeziyaya ömrünün 60-cı baharında qədəm qoyub. Bu, bəlkə də Tanrı tərəfindən ona verilmiş ən böyük mükafatlardan biridir. Axı şairlər təsadüfi olmur – onlar Tanrı tərəfindən seçilən, duyğuları sözə çevirərək insanlara təqdim edən xüsusi insanlardır.

Bayram Aşıqlı artıq iki kitab müəllifidir, üçüncü kitabı isə hazırda çap ərəfəsindədir. Qısa müddətdə geniş oxucu kütləsi toplayaraq, öz sözünün dəyərini sübut edib. O, təkcə yazıları ilə yox, həm də həyatdakı fəaliyyəti ilə diqqət çəkir – Şəhid tədbirlərində fəal iştirak edir, gəncləri vətənpərvərliyə səsləyir, qələm dostlarının kitab təqdimatlarında iştirak edərək onlara mənəvi dəstək göstərir.
Artıq iki kitabla Bayram Aşıqlı nəyə qadir olduğunu göstərib. Bunun bariz nümunəsi olaraq, ardıcıl iki il kitab festivalında iştirak edib, əsərlərini oxuculara təqdim edib. Yaradıcılığında müxtəlif mövzulara toxunaraq, hər mövzuda “mən də buradayam” deyə bilib. Bu illər ərzində bir çox mükafatlara layiq görülməsi isə onun zəhmətinin və sözünün dəyərinin sübutudur.
Bayram Aşıqlı qısa zamanda qazandığı uğurlarla təkcə bu günün deyil, gələcəyin də yaddaşına iz salıb. Onun şeirləri və məqalələri illər ötdükcə oxunacaq, seviləcək və tarixlərə yazılaraq yaddaşlarda qalacaqdır. Çünki o, yalnız ədəbiyyata deyil, həm də həyatda insanlara hörmətlə yanaşmağı, nüfuz sahibi olmağı bacarıb.
Ailədə də, işdə də, dost çevrəsində də millət tərəfindən hörmət və diqqət görməsi onun xarakterinin gücündən xəbər verir. Bayram Aşıqlı haqqında nə qədər yazsaq belə, onun şəxsiyyətini və yaradıcılığını tam ifadə etmək çətindir. Bu yazı isə Bayram müəllimin həyat və yaradıcılıq yolunun bəlkə də 10 faizini əhatə edir. Hörmətli oxucularımız növbəti yazımda isə şairin şeirləri və məqalələri haqqında sizlərə söhbət açacağam.
P.S.Sonda məndə "Qanunyolutv.az" - ın rəhbəri olaraq Bayram Aşıqlıya yaradıcılıq yolunda daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər, yüksək nailiyyətlər, qələminin daim işıqlı, yazar, ilhamlı olmasını və sözünün hər yerdə keçərli olmasını arzulayıram.

Müəllif: Gənc yazar Elmar Sahib























































