Xəbər Lenti
Dünən, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Sərxoş vəziyyətdə avtobus sürdü - Həbs edildi
Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yaranıb.
Sürücünün tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində onun sərxoş vəziyyətdə olduğu təsdiqlənib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyev sürücülük hüququ məhdudlaşdırılmaqla 15 sutka müddətində inzibati qaydada həbs edilib.























































