“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Özümü qalib kimi hiss edirəm” - Rəşad Sadıqov
“Komandamıza göstərdikləri əzmkar, mübariz oyuna görə təşəkkür etmək istəyirəm. Dünən mətbuat konfransında da demişdim ki, böyük azarkeş kütləsi qarşısında oynamağımıza baxmayaraq, zövq alacağıq. Səfərdə güclü rəqibə qarşı çıxış etsək də, ilk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bu, bizdə çox yaxşı alınırdı".
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsində "Hayduka qarşı keçirdikləri cavab görüşündən (1:2, ilk oyun - 1:1) sonra deyib. O, mətbuat konfransında matçı və turnirlə vidalaşmaqlarını şərh edib:
“Ani bir diqqətsizlikdən sonra qol buraxdıq. Marko Livayanın ustalığı sayəsində hesab açıldı. Yenə də matçboyu oyunumuza sadiq qaldıq, hücumlara atılmağa çalışırdıq. Ən vacib dəqiqələrdə qırmızı vərəqə aldıq, meydanda azlıqda qaldıq. Amma hesabı bərabərləşdirdik. Əlavə vaxtda 10 nəfərlə oynayıb başabaş mübarizə aparmaq çox çətin idi. Amma futbolçularımız əllərindən gələnin artığını edirdlər. Rəqib cərimə zərbəsini çox yaxşı yerinə yetirdi və əla qol vurdu. Yenə də oyundan qopmadıq. Çalışdıq ki, hesabı bərabərləşdirək. Amma artıq bizdə alınmadı. Futbolçularımı bağrıma basıram. Bu oyun göstərdi ki, biz inkişafdayıq, gündən-günə böyüyürük. Bu gün məğlub olsaq da, özümü qalib kimi hiss edirəm”.
Mütəxəssis əlavə vaxtda “Hayduk”un vurduğu qələbə qolundan da söz açıb: “Təbii ki, hesabda geridə olanda qol buraxmamağa və imkan düşən kimi qol vurmağa çalışırsan. Amma əlavə vaxt başlayan kimi hakim cərimə zərbəsi təyin etdi. Rəqib də bundan ustalıqla yararlandı, yenə hesabda geriyə düşdük. Halbuki o dəqiqələrdə qol buraxmasaydıq, rəqib gərginləşəcəkdi. Bu halda da bizim əks-hücumlarımız, standart vəziyyətlərimiz daha təhlükəli ola bilərdi. Sadəcə olaraq 95-ci dəqiqədə qol vurdular”.























































