Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası İctimai Birliyinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda Lamiyə Xəlilova yekdil qərarla sözügedən assosiasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, L.Xəlilova Nəqliyyat və Logistika üzrə “The Chartered Institute of Logistics and Transport” (CILT) tərəfindən akkreditasiya edilmiş MILT statuslu beynəlaxlq dərəcəli mütəxəssisdir, o cümlədən beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndiricisidir.
O, həmçinin layihələrin idarəedilməsi sahəsində The IASSC Certified Lean Six Sigma Yellow Belt (ICYB) sertifikatına, habelə nəqliyyat, logistika və layihə idarəçiliyi sahələrində 15 ildən artıq praktiki təcrübəyə malikdir. L.Xəlilova hazırda Azərbaycan Texniki Universiteti (AzTU) və Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur.
Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası 2021-ci ilin iyun ayında yaradılıb. Assosiasiyanın əsas məqsədi dövlət orqanları ilə sıx əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən regional, beynəlxalq assosiasiyalar və konfederasiyalar arasında kommunikasiya quraraq, ölkəmizin tranzit potensialını dünyada təbliğ etmək, təlim və təcrübə proqlamları vasitəsi ilə milli kadrları yetişdirməklə Azərbaycanda logistika bazarını inkişaf etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyasının (International Federation of Freight Forwarders Associations - FIATA) üzvüdür. 1926-cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrədə yerləşən FIATA 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5 500-dən çox fərdi üzvi və 40 000-dən çox Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir.






















































