Həyatla ölüm arasında ümid körpüsü: Təcili Tibbi Yardımın fədakar həkimi Lalə Məmmədova
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Xalqa xidmət, sözə sədaqət və vətənə dəstək nümunəsi – Həkim-stomatoloq, AYB və AJB üzvü Təyyar Yəhyayev
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
“Bunu iddia etmək savadsızlıq və riyakarlıqdır!”
Fransa dayanmır...
Fransız deputatlar Azərbaycana qarşı təxribat törətmədən, ürək bulandırmadan, erməni lobbisinə hesab vermədən hətta yay tətilinə belə çıxa bilmirlər.
Fransanın bizə yönəlik xarici siyasəti artıq bütün əndazələri aşıb, qırmızı xətləri, “utanmadan oynamaq” mərhələsini keçib və...“dayanmadan, durmadan sırtılmaq” etapına qədər irəliləyib.
***
Yenə Qətnamə layihəsi irəli sürüblər. Əleyhimizə. Absurd tələblər üzərindən. 7 bəndlik.
Onların ikisinin üzərində xüsusi dayanacam.
1) “Hərbi əsirlər”
Dəfələrlə demişik, növbəti dəfə təkrarlayaq:
Azərbaycan ərazisində, Azərbaycanın yurisdiksiyasında separatizmlə, təxribatla, terrorçuluqla məşğul olan, müxtəlif - iri masştablı cinayətlərə imza atan canilərin məhkəmədəki cavabdeh statusu heç bir qanunla, heç bir hüquqla, heç bir Konvensiya ilə “hərbi əsir” kontekstində tövsif edilə bilməz!
Müharibə olmayan, aparılmayan şəraitdə həbs edilən şəxs(lər) heç bir halda “hərbi əsir” adlandırıla bilməz!
Bunu iddia etmək savadsızlıqdır, gerizəkalıqdır, naşılıqdır, riyakarlıqdır...
Belədə ki...Cənablar!
Layihəni dəstəkləyən hərdəmxəyallar!
Əsl əsir bilirsinizmi kimlərdir? - Sizə seçkidə səs verənlər. Sizə inananlar. Sizdən mədət umanlar.
Əsl əsir bilirsinizmi kimlərdir? – 21 - ci əsrdə, texnologiya dövründə hələ də Fransanın kolonist və qolçomaq ideologiyası ucbatından işğala məruz qalan ada dövlətlərinin bütöv sakinləri.
Əsl əsir bilirsinizmi kimlərdir? – Müharibəyə təhrik etdikləriniz, qızışdırıb ortalığa saldıqlarınız, bərabər yallı getdikləriniz, sülhdən yayındırdıqlarınız!
2) “Qondarma məhkəmə prosesi”
Azərbaycanda keçirilən açıq, ədalətli, şahid və sübut dolu məhkəməyə “qondarma” damğasını vurmaq üçün nə olmaq, kim olmaq lazımdır - bax onu, çox təəssüf, öz adı ilə söyləyə bilməyəcəm. Çünki tərbiyəm buna imkan vermir!
Amma Makronun mirzələrinə və Parlamentdəki notariuslarına deyəcəyim bir neçə kəlmə var:
Qondarma – sizin yanaşmanızdır, səmimiyyətinizdir!
Qondarma – Mətn oxunmadan bir kağız parçasına atılan imzalardır!
Qondarma – Yeni Kaledoniyada ard-arda keçirdiyiniz saxta Referendumlardır!
Qondarma – ATƏT-in Minsk Qrupunda Fransanın illər boyunca sərgilədiyi fəaliyyətdir!
Və nəhayət;
Qondarma – Ədalətin də, haqqın da, hüququn da, demokratiyanın da, azadlığın da mahiyyətini bir türlü anlamayanların, sezməyənlərin, hiss etməyənlərin irəli sürdüyü iddialardır, ittihamlardır, iftiralardır!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.























































