Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Goranboy Rayon Mədəniyyət şöbəsində hər gün yeni məlumatlar yayılır
Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan Goranboy Mədəniyyət Şöbəsində, baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Redaksiyamıza daxil olan məlumata əsasən, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə nümayəndəsi İsax Məmmədov istirahət zamanı rəhbərə və məmura xas olmayan geyim ilə şəkil çəkdirərək həmin fotonu özünə məxsus "Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Sektorunun baş məsləhətçisi İsax Məmmədovun" Instagram sosial şəbəkə hesabında paylaşım edib.
İsax Məmmədovun rayon Mədəniyyət Mərkəzi və kənd müəssisələrinin sıfra bərabər olan fəaliyyətlərindən xəbəri varmı və bu kimi neqativ halların aradan qaldırılmasında niyə ölçü götürmür? maraqlıdır.
Bu kimi hallardan Mədəniyyət Naziri Adil Kərimli və Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovun xəbəri olsa belə Goranboy Mədəniyyətindəki özbaşınalıqlara göz yumur.
İddiaya görə İsax Məmmədov Goranboy Rayon Borsunlu Kənd Uşaq Musiqi məktəbinə "10" (on min) manat qarşılığında məktəbin müəlliməsi Günay Allahverdiyevanı direktor əvəzi olaraq müvəqqəti təyin edib.
İsax Məmmədovun Goranboy Mədəniyyətindəki nümunəvi xidmətləri budur.
Goranboy Mədəniyyəti batıb gedir, kənd və qəsəbələrdə fəaliyyət göstərən bir çox Mədəniyyət evləri və klubların fəaliyyəti sıfra bərabərdir, eyni zamanda işə davamiyyət ürəkaçan deyil və hərkəs öz istirahətindədir.
İsax Məmmədov özünüzə vaxt ayırıb dincələrək "ŞORTİKDƏ" şəkil çəkdirib paylaşdığınız kimi kənd müəssisələrinin fəaliyyətinə də nəzər yetirin.
Davamı var. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Xezertv.info






















































