Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis edilməsinin 32-ci illiyi münasibətilə geniş tərkibdə hesabat konfransı keçirilib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının təsis edilməsinin 32-ci illiyi münasibəti ilə və Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv fəaliyyətimə görə YAP Şirvan şəhər təşkilatının sədri hörmətli Zahir Qəhrəmanovun 16.07.2025-ci il tarixli 16 nömrəli əmrinə əsasən Fəxri Fərmanla təltif edildim.
Fəxri Fərman Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasov tərəfindən təqdim edildi. Fəaliyyətimi qiymətləndirdiyinə, dəyər verdiyinə və bu mükafata layiq görüldüyüm üçün YAP Şirvan şəhər təşkilatının sədri hörmətli Zahir Qəhrəmanova, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı hörmətli Aydın Hüseynova dərin təşəkkürümü bildirirəm.
Təqdimat zamanı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “ŞİRVAN FK” komandasının qazandığı uğurlardan söz açaraq “ŞİRVAN FK” klubunun Azərbaycan İkinci Liqasına vəsiqə qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hörmətli İlqar müəllim bir daha layiqli qələbəyə görə “ŞİRVAN FK” komandasına və klub rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər Partiyasının çoxminli üzvlərinin hər birini 32-ci illiyi münasibətilə təbrik edir, onlara Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarının təbliği işində uğurlar arzulayıram.
YENİ DÖVRƏ YENİ AZƏRBAYCANLA!
Yeni Azərbaycan Partiyası Şirvan şəhəri Gülbala Şıxbala oğlu 74 ünvanı YAP-ın ərazi partiya təşkilatının sədri
Taleh Məmmədov























































