Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

22 İyul 2025 16:46Manşet / Cəmiyyət

Bakının bu hissələrində qaz olmayacaq

 

Bakının bir neçə rayonunda qazın verilişi dayandırılacaq.  

“Azəriqaz” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, “Yeni Ramana” qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı orta təzyiqli siyirtmənin əvəz olunması məqsədilə iyulun 23-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramana Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi Daş karxanasının bir hissəsinin, Ramana qəsəbəsinin, Yeni Ramana, D. Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramana 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramana qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V. Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C. Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C. Səlimov, A. Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.