VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun “Qafqazinfo”ya verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.
Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.
Faktla bağlı araşdırma aparılır.























































