VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirir - Video
Baş DYP İdarəsi motokuryerlər arasında maarifləndirmə işi aparır.
“Qafqazinfo” İdarəyə istinadən xəbər verir ki, növbəti tədbir Ekoloji Nəzarət üzrə YPX Bölüyündə keçirilib. Profilaktika məqsədilə postda saxlanılan moped və motosiklet sürücülərinə hüquq və vəzifələri izah edilib, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələr doğurduğu bir daha onların diqqətinə çatdırılıb.
Qaydalara qeyd-şərtsiz əməl edilməsinin vacibliyi aparılan söhbətlərin əsas leytmotivini təşkil edib. Belə ki, piyada səkilərində hərəkətin qadağan olması, sürət həddinə, manevretmə qaydalarına və nizamlama vasitələrinin tələblərinə ciddi əməl edilməsi, sərnişin və yük daşımalara dair tələblərin pozulmaması, motoşilem və digər qoruyucu vasitələrdən istifadənin əhəmiyyəti, tələb olunduğu halda ikitəkərli nəqliyyat vasitələrinin hüquqsuz və dövlət nömrə nişansız idarə etməsinin yolverilməz olması və sair bu qəbildən olan məsələlər barədə motokuryerlərə geniş məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi motokuryerlər arasında maarifləndirmə xarakterli tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirir və hər bir hərəkət iştirakçısını yolda təhlükəsizlik naminə birgə iştirakçılığa çağırır.























































