bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
“Qəbiristanlığın Ortasında İdman Meydançası? – Mehdiabad Sakinlərinin Haqlı Narazılığı”
Son günlərdə Mehdiabad qəsəbəsində baş verən qəribə və bir o qədər də narahatedici hadisə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, qəsəbədə yerləşən qəbiristanlığın məhz mərkəzində geniş bir sahədə tikinti işləri aparılır. Yerli sakinlərin bildirdiyinə görə, burada idman meydançası salınması planlaşdırılır. Məsələ ondadır ki, tikinti işləri məhz dəfn sahəsində – yəni insanların əzizlərini torpağa tapşırdığı, müqəddəs hesab edilən bir ərazidə həyata keçirilir. Təbii ki, bu, Mehdiabad sakinlərinin ciddi narazılığına səbəb olub və haqlı olaraq bir sıra suallar doğurur.
Qəbiristanlıqlar hər bir cəmiyyət üçün mənəvi dəyər daşıyan, hörmətlə yanaşılması vacib olan məkanlardır. İnsanlar dünyasını dəyişən yaxınlarını bu yerlərdə dəfn edir, illər boyunca həmin məzarlıqları ziyarət edir, dua oxuyur, ehtiram göstərirlər. İndi isə həmin əzəmətli sakitliyin, mənəvi əmin-amanlığın tam ortasında idman meydançasının tikilməsi təkcə hüquqi deyil, həm də etik və dini baxımdan ciddi suallar doğurur.
Ən böyük narahatlıq isə budur: Bu qərarı kim verib? Aidiyyəti dövlət qurumları – bələdiyyə, İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya digər müvafiq instansiyalar bu prosesdən xəbərdardırlarmı? Yoxsa bu iş kimlərinsə şəxsi maraqları əsasında, heç bir hüquqi əsas olmadan aparılır? Mehdiabad qəsəbəsində yaşayan insanlar haqlı olaraq sual edirlər: “Biz ölülərimizi harada dəfn edəcəyik?” Çünki qəbiristanlığın əhəmiyyətli bir hissəsinin artıq başqa məqsədlər üçün ayrılması gələcəkdə dəfn üçün yer çatışmazlığına səbəb olacaq.
Bundan əlavə, belə bir layihə həyata keçirilərkən yerli ictimaiyyətin razılığı alınıbmı? İctimai dinləmələr keçirilibmi? Sakinlərin fikirləri nəzərə alınıbmı? Aydındır ki, bu sualların cavabı "xeyr"dir, çünki əgər olsaydı, bu gün bu cür gərginlik və narazılıq baş verməzdi. Qəbiristanlığın ortasında idman meydançası tikmək birmənalı şəkildə mənəviyyata, dini dəyərlərə, insan haqlarına və ictimai əxlaqa ziddir.
Daha bir mühüm nüansı da nəzərdən qaçırmaq olmaz: Qəbiristanlığın ümumi vəziyyəti olduqca acınacaqlıdır. Ərazi zibilliklərlə doludur, baxımsızlıq açıq-aşkar hiss olunur. Həmçinin qəbiristanlığa aparan yol da olduqca bərbad vəziyyətdədir. Sakinlər həm əraziyə çatmaqda çətinlik çəkirlər, həm də əzizlərinin dəfn olunduğu yerlərin bu cür baxımsızlıq içində olması onları mənəvi cəhətdən sarsıdır. Belə bir vəziyyətdə nəinki idman meydançası tikmək, əksinə, qəbiristanlığın abadlaşdırılması, təmizlənməsi və yol infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görülməlidir.
Məsələnin digər mühüm tərəfi isə hüquqi aspektdir. Azərbaycan Respublikasının qanunvericiliyində qəbiristanlıqların mühafizəsi və məqsədindən kənar istifadəsinin yolverilməzliyi açıq şəkildə əks olunub. Əgər doğrudan da tikinti prosesi aparılırsa, bu, həmin qanunların pozulması deməkdir və məsuliyyət daşıyan şəxslər barədə hüquqi tədbirlər görülməlidir.
Bu kimi məsələlərə biganə yanaşmaq gələcəkdə daha böyük sosial narazılıqlara səbəb ola bilər. Əgər bu gün bir qəbiristanlığın ortasında tikinti aparılırsa, sabah başqa bir müqəddəs məkan hədəf ola bilər. Cəmiyyətin hər bir üzvü bu prosesə etiraz etməli, məsələ ictimailəşdirilməli, aidiyyəti qurumlar isə dərhal məsələni araşdıraraq, tikintini dayandırmalı və ərazi əvvəlki halına qaytarılmalıdır.
Mehdiabad qəsəbə sakinləri yalnız bir şeyi istəyirlər: Öz dünyasını dəyişən yaxınlarını ehtiramla dəfn etmək və onların xatirəsinə hörmətlə yanaşmaq. Bu ən fundamental insan hüquqlarından biridir və heç bir halda pozula bilməz. Müvafiq dövlət qurumları bu məsələni diqqətlə araşdırmalı və xalqın səsini eşitməlidir. Əks halda, bu hadisə cəmiyyətin mənəvi dəyərlərinə və dövlətə olan inamına böyük zərbə vura bilər.
Qəbiristanlıq ərazisində aparılan tikinti işləri dərhal dayandırılmalı, bu qərarın arxasında duranlar müəyyən edilməli və ictimaiyyətə izahat verilməlidir. Ərazi təmizlənməli, yol infrastrukturuna diqqət yetirilməli və bu müqəddəs yerə münasibət dəyişdirilməlidir. Cəmiyyətin etimadı və mənəvi dəyərlər hər bir layihədən, hər bir tikintidən daha üstündür.
Araşdırmalar davam edir.
Adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AtaTV.az
Video sujet:



Atatv.az























































