Xəbər Lenti
27-09-2025, 13:06
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR.
27-09-2025, 12:33
“El-Plastik” MMC-nin rəhbəri Hacı Hülağa Abışov: "Əbədi qəhrəmanlıq salnaməsi. 27 sentyabr - Şəhidlərimizi ehtiramla yad edirik".
27-09-2025, 11:56
“Orbita MTK” yaşayış kompleksinin icraçı direktoru Amil Bağıyev: "27 sentyabr – qəhrəmanlıq səhifəsi. Şəhidləri qürurla yad edirik"
27-09-2025, 11:51
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova: “27 Sentyabr – Şəhidlərin Anım Günü: Milli həmrəyliyin təzahürü”
27-09-2025, 10:35
Laçın rayon 15 saylı tam orta məktəbin direktoru Yeganə Əlvəndova: "Şəhidlər – əbədi qürur mənbəyimiz"
27-09-2025, 08:41
Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov: "Şəhidlər and yerimiz, qürur yerimizdir".
27-09-2025, 08:30
İş adamı Cəbrayıl Cəbrayılov: “27 sentyabr – tariximizə yazılan qəhrəmanlıq səhifəsi”
26-09-2025, 18:41
Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".
26-09-2025, 18:37
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: "27 sentyabr şəhidlərimizin anım günüdür. Anım günü – milli həmrəyliyin təcəssümü"
26-09-2025, 18:28
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “27 sentyabr şəhidlərin anım günüdür. Şəhidlər qürurumuz, andımızdır”
26-09-2025, 18:21
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
26-09-2025, 18:02
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
26-09-2025, 17:34
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov:” Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
26-09-2025, 15:50
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirov və onun ədəbi irsini davam etdirən qızı Dilşad Əmirova
Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
Məşhur Məmmədov,
Millət vəkili
Son illərdə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin arxasında düşünülmüş, prinsipial və uzunmüddətli strateji planlama dayanır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı bu baxımdan yalnız siyasi mesajların deyil, həm də yeni qlobal konfiqurasiyanın içində Azərbaycanın yerini və yol xəritəsini göstərən fundamental tezislərlə yadda qaldı.
Strateji liderliyin prinsipləri həqiqət, obyektivlik və hüquqdur.
Prezident İlham Əliyevin “xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək” tezisi təkcə daxili siyasətin deyil, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yürütdüyü xəttin də əsas fəlsəfəsini təşkil edir. Qlobal mühitdə populizm, manipulyasiya və siyasi avantürizmin artdığı bir dövrdə bu prinsipial mövqe ölkəmizi fərqləndirən əsas amillərdəndir.
Dövlət başçısının səsləndirdiyi "risklərin daxili mənbələri yoxdur" fikri Azərbaycanın daxili sabitliyinin və ictimai konsensusunun təzahürüdür. Lakin regiondakı təhdidlərin xaricdən qaynaqlandığı şəraitdə coğrafiyadan ağıllı istifadə konsepsiyası, bir növ, Azərbaycanın öz sərhədləri daxilində "risk tamponu" yaratması ilə nəticələnib. Bu, həm də milli təhlükəsizlik strategiyasının əhəmiyyətli parçasıdır.
Sülh, qonşuluq və qarşılıqlı maraq balansı bizim üçün hər zamankı kimi prioritetdir.
Prezident İlham Əliyevin “milli maraqları qorumaqla yanaşı, qonşunun prizmasından baxmaq” çağırışı regional münasibətlərdə tarazlı və məsuliyyətli siyasətin təcəssümüdür. Azərbaycanın Ermənistanla sülh sazişi təşəbbüsü, səmimi münasibət çağırışı və “tabutu dəmir-betonla örtmək” kimi sərt, amma məntiqi metaforası, artıq münaqişə dövrünün bağlandığını dünyaya açıq mesajla çatdırır.
Eyni zamanda, Azərbaycanın sülhə yönəlik təşəbbüsləri yalnız ikitərəfli deyil, üçtərəfli (Cənubi Qafqaz ölkələri) əməkdaşlıq kontekstində qiymətləndirilməlidir.
Post-münaqişə dövründə Böyük Qayıdış və Qarabağın dirçəlişi də Forumun əsas mövzuları kimi yadda qaldı.
Qarabağda və Şərqi Zəngəzurda aparılan infrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası və vətəndaşların geri dönüşü "Böyük Qayıdış" proqramının uğurla icra olunduğunu sübut edir. Artıq 18 yaşayış məntəqəsində həyat bərpa olunub. Bu, yalnız fiziki deyil, həm də mənəvi qayıdışdır, daha dəqiq ifadə etsəm, dövlətin öz vətəndaşına verdiyi sözün yerinə yetirilməsidir.
Şuşa Qlobal Media Forumunda həm Prezident İlham Əliyev, həm də Prezidentin köməkçisi Hikmət Hacıyev müasir informasiya mühitində qarşı-qarşıya olduğumuz ciddi təhdidlərə toxundular. Süni intellektin informasiyanı formalaşdırmaq gücü, sosial medianın xaotik təsirləri, dezinformasiya axınları bu gün informasiya müharibələrinin əsas silahına çevrilib.
Bu şəraitdə Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyalarına qarşı yerli medianın dayanıqlı və mövqeyini qoruyan davranışı dövlət-mətbuat həmrəyliyinin sübutudur. Prezidentin də vurğuladığı kimi, media yalnız informasiyanın daşıyıcısı deyil, həm də dövlətçilik düşüncəsinin strateji alətidir.
Sosial mediadan oxudum ki, bir çox ölkələrdə, o cümlədən Ukrayna mediasında Prezident İlham Əliyevin çıxışları geniş işıqlandırılıb.
Ukrayna mediasında Prezident İlham Əliyevin çıxışlarının geniş işıqlandırılması Azərbaycanın beynəlxalq siyasi nüfuzunun göstəricisidir. Azərbaycanın təyyarəsinin vurulması məsələsində nümayiş etdirdiyi prinsipial mövqe, beynəlxalq hüquqa söykənməsi və səbrlə hüquqi prosedurların işlənməsini gözləməsi bir daha göstərdi ki, ölkəmiz “güc hüququ” deyil, “hüququn gücü” ilə hərəkət edir.
Prezidentin Ukrayna xalqına “heç vaxt işğalla barışmamaq” tövsiyəsi isə həm tarixi təcrübəyə, həm də mənəvi ədalətə əsaslanan siyasi rəhbərliyə nümunədir.
Bütün dünya bir daha şahidi oldu ki, Azərbaycanın mövqeyi sabitlik və inkişaf xəttidir.
III Şuşa Qlobal Forumunda səslənən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan yeni dövrün istər təhlükəsizlik sahəsində, istər informasiya döyüşlərində, istərsə də postmünaqişə reallıqlarında çağırışlarına hazırdır.
Prezident İlham Əliyevin sözləri ilə desək, “biz bu bölgəni cənnətə çevirəcəyik” və bu, artıq bir arzudan çox, reallığın özü olmaqdadır.