Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Shirvan Operating Company Ltd” Şirkətinin Respublikadakı filialının fəaliyyət göstərdiyi “Kürovdağ” neft yatağının istismarının 70 illik yubiley münasibəti ilə şirkətin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tədbir keçirildi
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və xidmətin məsul əməkdaşları, “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti Volkov Aleksey Leontyeviç, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə deputatı, Texnika üzrə Fəlsəfə Doktoru, Əməkdar mühəndis İltizam Yusifov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov, İctimai Şuranın sədri, Şirvan Şəhər “İşıq” qəzetinin baş redaktoru, Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, uzun müddət neft sahəsində çalışmış veteran neftçilər, hal-hazırda neft sahəsində çalışan bir qrup neftçi və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etdildikdən sonra “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət edildi. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri öz əksini tapmışdır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xatirə kitabına öz ürək sözlərini qeyd etdi. Sonr isə 1-ci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin büstü önünə gül dəstələri düzərək şəhidlər yad edildi.
Keçən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyul ayının 18-də Kürovdağ yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələnmişdir. Həmin gün tarixə Şirvan neftçilərinin zəfər salnaməsi kimi daxil olmuş, Şirvanın sənaye şəhəri kimi formalaşmasının təməli qoyulduğu qeyd edilmişdir. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Filialının prezidenti Volkov Aleksey Leontyeviçə təbrik məktubu və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim etmişdir.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri Rüfət Zamanovun tapşırığının icrasını yerinə yetirərək ANQSİ-i Həmkarlar İttifaqı Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev tərəfindən təbrik məktubunu Filialının prezidenti Volkov Aleksey Leontyeviçə təqdim edilmişdir.
Yubiley münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq şəhər ərazisində yerləşən “Yeganə” şadlıq sarayında tədbir keçirilib. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilib.
Tədbirin açılşında "Shirvan Operating Company LTD" Şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb. Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesində çalışan neftçilərin əməyini yüksək qiymətləndirildiyi vurğulandı.
Veteran neftçilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını və neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını qeyd etmiş, neftçilərə göstərilən hərtərəfli qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Neftçilərimiz bu gün qazandıqları uğurlar üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə həmçinin “Shirvan Operating Company Ltd” Şirkətinin rəhbərliyinə, kollektivinə minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra neft və qaz çıxarma sahəsində çalışan və yüksək peşəkarlığı ilə seçilərn bir qrup neftçiyə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr eləcədə 70 illik yubiley suveniri təqdim edilib.
"Shirvan Operating Company LTD" Şirkətinin
Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov






























































































































Xezertv.info






















































