VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında yaradıcılıq emalatxanası fəaliyyətə başlayıb
Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar pasiyentlərin sosial adaptasiyasını və psixi sağlamlığını dəstəkləmək məqsədilə yaradıcılıq emalatxanası istifadəyə verilib. Təşəbbüs həm də onların asudə vaxtlarını səmərəli keçirməsinə və yaradıcı bacarıqlarının inkişafına xidmət edir.
İcra.az xəbər verir ki, emalatxanada pasiyentlər bədii-tətbiqi sənət nümunələri, toxuculuq, rəsm və təbii materiallardan ibarət əl işləri ilə məşğul olacaqlar. Bu fəaliyyətlər onların özünüifadə qabiliyyətini gücləndirməklə yanaşı, müalicə prosesinə psixososial dəstək verir.
Xəstəxananın baş həkimi Leyla Bəşirova bu təşəbbüsün mahiyyəti barədə fikirlərini bölüşüb: “Yaradıcılıq insan ruhunu qidalandıran mühüm bir prosesdir. Pasiyentlərimizin gündəlik həyatına estetik dəyərlər və əmək məmnuniyyəti qataraq onların emosional rifahını gücləndirməyi hədəfləyirik. Əl işlərinin gələcəkdə sərgilənməsi də planlarımız sırasındadır. Bu, həm onların zəhmətinə verilən dəyəri göstərər, həm də cəmiyyətə onların yaradıcılıq potensialı barədə önəmli bir mesaj olar.” Yaradıcılıq emalatxanası müalicə müəssisəsində pasiyentlərin daha fəal, məqsədyönlü və ünsiyyətcil mühitdə iştirakı üçün yeni imkanlar yaradacaq. Təşəbbüsün gələcək mərhələsində əl işlərindən ibarət sərgilərin təşkili, satış-sərgilər vasitəsilə yaradıcı fəaliyyətin stimullaşdırılması və ictimai maarifləndirmənin gücləndirilməsi nəzərdə tutulur.


























































