Xəbər Lenti
Bugün, 13:07
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Dünən, 16:32
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir.
İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-də, eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.























































