Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Abşeronda Ekoloji Terror: Xırdalanda Yaşıl Soyqırımı Kimlərin Gözü Qarşısında Baş Verir?
“Heqiqixeber.az” xəbər portalına daxil olan məlumata əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində aparılan söküntü işləri ekoloji fəlakətə çevrilməkdədir. Bu ərazidə vətəndaşların gözü qarşısında yaşıl örtüyün – ağacların və təbiətin amansız şəkildə məhv edilməsi cəmiyyətin ciddi narahatlığına səbəb olub. Lakin ən təəccüblüsü odur ki, bu vandalizmə qarşı nə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, xüsusilə də nazirin birinci müavini Rəşad İsmayılov reaksiya verir. Bu susqunluq ictimaiyyətdə haqlı olaraq suallar doğurur: bu cür ekoloji terrorun arxasında kimlər dayanır və niyə məsuliyyət daşıyan şəxslər tədbir görmür?
Xırdalanda aparılan söküntü zamanı çoxsaylı ağacların kəsilməsi, torpağın mənşəyinə uyğun olmayan formada deformasiyası, havaya tozun və zərərli maddələrin yayılması ətraf mühitin məhv edildiyini sübut edir. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir ağacın kəsilməsi üçün müvafiq icazə alınmalı və onun yerinə yeni yaşıllıq zolağı salınmalıdır. Təəssüf ki, bu tələblərə açıq-aşkar məhəl qoyulmur.
Abşeron Rayon İcra Hakimiyyətinin rəhbəri Abdin Fərzəliyev ölkə rəhbərliyinin ekoloji təhlükəsizliyə dair çağırışlarına və Prezident İlham Əliyevin "yaşıllaşdırma" siyasətinə uyğun hərəkət etməlidir. Eyni zamanda, Rəşad İsmayılovun rəhbərlik etdiyi qurum, ekoloji terrorun qarşısını almaq və təbiətə vurulan ziyanın bərpası üçün məsuliyyət daşıyır. Onların fəaliyyətsizliyi isə sanki bu qanunsuzluqlara şərik olduqlarını göstərir.
Təbiəti qorumaq sadəcə şüar yox, həm də vəzifə borcudur. Əgər H.Z.Tağıyev küçəsində ekoloji mühitin məhvinə göz yumulursa, bu təkcə təbiətin deyil, həm də qanunun ayaq altına atılmasıdır. Xalq cavab gözləyir – məsul şəxslər nə zaman tədbir görəcək, yoxsa ekoloji soyqırımı davam edəcək?
Adları çəkilənlərin mövqeyini tanıyırıq.
Araşdırmalar davma edir.
Heqiqixeber.az























































