Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecində rüşvət, saxtalaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının sistemli xarakter aldığına dair ciddi iddialar və sübutlar ortaya çıxıb. Tələbələrin imtahan zamanı telefonla köçürməyə şərait yaradılması, qanunsuz təyinatlar, selektiv yardımlar və rəsmilərin saxta müdafiəsi təhsil sisteminin korrupsiya girdabında boğulduğunu göstərir.
Kollec rəhbərliyi tələbələrə imtahanın əvvəlində “bilik yeniləmək” adı ilə 3-5 dəqiqəlik telefona baxmağa icazə verildiyini desə də, görüntülər göstərir ki, bu proses bütün imtahan boyu davam edib və tələbələr açıq şəkildə sualları telefondan köçürüblər.
Mənbələrin redaksiyamıza təqdim etdiyi məlumatlara əsasən, bu imkan yalnız müəyyən şərtlərlə – yəni rüşvət qarşılığında – yaradılır. İddialara görə:
? Daha sonra hər bir fənn üzrə əlavə olaraq 50 manat qeyri-rəsmi “rüşvət” verərək köçürməyə şərait əldə edirlər.
Bu isə açıq şəkildə rüşvətin təhsil sisteminə inteqrasiya olunmuş formasıdır. Tələbə qiyməti biliklə yox, cəmi 50 manata alır. Bu faktlar yalnız təhsil prosesini yox, gənclərin gələcəyini də sıradan çıxarır.
Əlaçılıq yox, Katiblik: Ülvi Əzizovun təyin edilmiş “Nümunəvi” rolu
Keşlə korpusunun tələbəsi Ülvi Əzizovun dərsə gəlmədiyi halda direktor Sevinc Həmzəyevanın otağında katiblik etməsi, həmçinin imtahanlarda iştirak etmədən digər tələbələrin imtahanına nəzarət etməsi, seçki keçirilmədən gənclər təşkilatına sədr təyin olunması, həm də Həmkarların Yardım Fonduna “əlaçı tələbə” kimi daxil edilməsi – sistemli saxtakarlığın bir başqa sübutudur.
Ortaya çıxan bu faktlar göstərir ki, Qida Sənayesi Kollecində təhsil bir məqsəd deyil, formal alver predmetinə çevrilib. Diplomlar pulla, vəzifələr şəxsi münasibətlə, yardım paketləri isə himayə ilə verilir.
Redaksiya olaraq Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Universiteti, Hesablama Palatası və Baş Prokurorluğu bu məsələyə təcili şəkildə müdaxilə etməyə, şəffaf araşdırma başlatmağa, cinayət tərkibli halları araşdırmağa çağırırıq.
Araşdırmamız davam edir...
Gələn yazılarımızda:
- Saxta sənədlərlə özünü düzə çıxarmağa çalışan Sevinc Həmzəyeva (Məmmədova) hansı orqanın sənədlərinə müdaxilə edib?
- Ülvi Əzizov Həmzəyeva tərəfindən niyə bu qədər önəmli şəxs olaraq təqdim edilir?
BakuNews.az























































