Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Fotonun içindəki foto...
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
“Qafqazinfo”nun məlumatına görə, görüşün sonunda dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
Xatirə hədiyyəsinin 31 il öncəyə təsadüf edən bir tablo olması diqqət çəkib.
Bu məqamda həmin tarixi fotonun lentə aldığı görüşə nəzər salmaq yerinə düşər.
Foto Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin ovaxtkı əmiri Şeyx Zaid ibn Sultan al Nəhyanla görüşü zamanı lentə alınıb. Bu görüş 13 dekabr 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının yeddinci sammiti çərçivəsində baş tutub. Bu, Azərbaycan və BƏƏ liderlərinin ilk görüşü kimi tarixə düşüb.
Görüş zamanı Ulu öndər Heydər Əliyev BƏƏ liderinə Ermənistanın Azərbaycana təcavüzündən və müharibənin sülh yolu ilə başa çatdırılması üçün görülən işlərdən bəhs edib:
“Mən sizə bir daha bildirmək istəyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatmır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab əmir, mən sizə məktub göndərmişəm, sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm”.

Dəvəti məmnuniyyətlə qəbul edən Şeyx Zaid ibn Sultan əl Nəhyan müsəlman ölkələrinin Azərbaycana yardımı ilə maraqlanır və bu zaman Heydər Əliyev deyir:
“Qonşu müsəlman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciklərinə gəlib müəyyən maddi kömək göstərirlər. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir. Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsəlmanlar, azərbaycanlılar o qədər də aciz deyilik”.
Daha sonra Kasablanka Zirvə toplantısında qəbul olunacaq qətnamədən söhbət açan Ümummilli lider deyir ki, “Ermənistanın təcavüzünü pisləmək haqqında bu qətnaməni sizin müdafiə edəcəyinizə əminəm. Zirvə toplantısında müsəlman dövlətlərinin Azərbaycana iqtisadi və humanitar yardımı barədə də qətnamə qəbul ediləcək. Güman edirəm ki, siz bu qətnaməni də dəstəkləyəcəksiniz”.
Görüşün sonunda Şeyx Zaid ibn Sultan əl Nəhyan öz ölkəsinin xarici işlər nazirinə Azərbaycana lazımi humanitar yardım göstərilməsi işinin təşkili barədə göstəriş verib.
Aradan illər keçib. Azərbaycan 90-cı illərin ağır günlərindən çıxaraq zamanla yeni parlaq səhifələr yazır. Nəhayət, 2020-ci ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü rəsmiləşdirir. Bir vaxtlar humanitar yardıma möhtac olan Azərbaycan illər sonra özü bu təşəbbüslə bir sıra ölkələrə dəstək olur. Zamanla çox şey dəyişsə də, Azərbaycan və BƏƏ-nin dostluq münasibətləri 31 il əvvəl olduğu kimi qalır.
Fotonun içindəki foto kimi...
Onun da qeyd edək ki, Şeyx Zaid ibn Sultan əl Nəhyan 2004-cü ildə 86 yaşında vəfat edib. BƏƏ-nin hazırkı Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan isə onun oğludur.
Emin Səfərov























































