Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
İbrahim Kalın sabah Bağdada gedəcək
Türkiyədə PKK terror təşkilatının özünü ləğv etməsindən sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-i Bağdada gedəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Qeyd olunur ki, PKK-nın yaxın günlərdə silahı yerə qoyacağı gözlənilir. İ. Kalın isə tərksilah prosesini koordinasiya etmək üçün Türkiyə ilə İraq arasında əlaqə qurur.
Xatırladaq ki, bu ilin fevralın sonlarında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - deyə bildirib.
Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.
PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.























































