31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Daşkəsəndə bıçaqlanan gənc öldü - Yenilənib
Daşkəsəndə 21 yaşlı şəxs bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü İlkin Məmmədov bıçaqlanma xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin yardım göstərilib vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin huşu itib.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.
***
Məlumata görə, bıçaqlanan gənc Gəncə sakini olub. Əməliyyat zamanı olunan müdaxilələrə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.
***
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov saxlanılıb
Yunis Quliyev























































