Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Rəhimə Atəş necə "həkim" olub?
Azərbaycanda təkcə plastik cərrahiyyə yox, demək olar, 90% tibbi ixtisaslarda saxta sertifikat və ya sertifikasiya olmadan həkim kimi çalışanlar çoxdur. Fim.az xəbər verir ki, bu dəfə tanınmış fizioterapevt, böyük özəl klinikalarda fizioterapiya şöbəsində əsas həkim kimi çalışan, sonradan öz mərkəzini quran və populyar verilişlərdə reklam olunan Rəhimə Atəşdən gedir. Daha çox aparıcı Zaur Baxşəliyevin verilişində ekspert kimi iştirak edir.
Jurnalist Qənirə Ataş həkimə məxsus sənədləri yayıb. Rəhimə Atəşin Odlar Yurdu Universitetini biologiya üzrə bitirdiyi məlum olub. Rəhimə Ateş öz adına Fizioterapiya və Reabilitasiya Mərkəzində xəstələri qəbul edir. O, özü barədə məlumatlarda Türkiyə’nin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib, Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşmışdır. (uzmanlaşmışdır sözünün hansı mənada işləndiyi bilinmir, uzmanlıq dərəcəsi üçün Türkiyədə təhsil aldığı yazılmayıb)
Daha bir “saxta” həkim qalmaqalı – Rəhimə Atəş necə fizioterapevt olub?
2010-2011-ci illərdə İstanbul Universiteti Çapa Tibb Fakültəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ildə Darüşşafaka fizioterapiya və reabilitasiya mərkəzində təkmilləşmə kursu keçərək həmin mərkəzdə müşahidəçi həkim olaraq çalışmışdır.
O, bir müddət karyerasının başlanğıcında Şəmkir xəstəxanasında da işləyib.
Onun Azərbaycanda məhz həkim fizioterapevt kimi çalışmasına icazə verən xüsusi sertifikatın olmadlğı bildirilir.
Bu sənədin sahibi Azərbaycan Səhiyyə Nazirliyindən həkim-fizioterapevt kimi sertifikat alıb. O, digər tibb universiteti məzunları kimi tam ixtisaslı həkim sertifikatını necə əldə edib? Gəlin, onun təhsil yoluna nəzər salaq:
-2003-2008-ci ildə cü ildə Odalar Yurdu Universitetinə tibbi biologiya ixtisası üzrə bakalavr təhsil alıb.
Maraqlıdır ki, bir il sonra tibbi biologiya ixtisasını bitirən şəxs Şəmkir Rayon Xəstəxanasında həkim-fizioterapevt kimi internatura keçib. Saxtakarlığın ilk təməli elə burada qoyulub. Bu məlumat yayıldıqdan sonra, diplomun kimə məxsus olduğu öyrənməyə çalışdıq.
İddialara görə, bu diplomun sahibi Fizioterapiya və Reabilitasiya Mərkəzində çalışan, özünün sosial platmfora hesabında Dr. fizioterapevt və reabilitiloq kimi təqdim edən Rəhimə Atəşə məxsusdur. Bu məlumatı yayımlamadan öncə, xanım reabilitiloq Rəhimə xanım Atəşlə əlaqə saxlamağa çalışdıq. Artıq iki gündür Rəhimə Atəşin qəbul telefonu ilə köməkçisi ilə əlaqə saxlayaraq, onun da mövqeyini təqdim etmək istədik. Amma nə yazıq ki, hər zəngimizdə Rəhimə Atəşin köməkçisi “Rəhimə xanıma məlumat vermişik, sizinlə əlaqə saxlayacaq”-deyə cavab verdi.Amma nədənsə bu iki gün ərzində Rəhimə xanım Atəşlə əlaqə yaratmaq mümkün olmadı.
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



























































