Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Bu karikatura Türkiyədə qalmaqala səbəb oldu
Türkiyənin “Leman” jurnalının növbəti sayı qalmaqala səbəb olub.
“Qafqazinfo” “Sabah” nəşrinə istinadən xəbər verir ki, jurnal növbəti buraxılışında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edib.
İstanbulda hadisə ilə bağlı etiraz aksiyaları baş verib. İstanbul Prokurorluğu “Leman” jurnalı barədə həmin karikaturaya görə araşdırma başladıb.
Prokurorluq dini dəyərlərin təhqir edildiyi iddiası ilə jurnalın dörd işçisinin saxlanılması barədə qərar verib. Bu çərçivədə karikaturanı çəkən əməkdaş Doğan Pehlevan və baş redaktor saxlanılıb.
Həmçinin istintaq çərçivəsində jurnalın müvafiq sayının yığışdırılmasına qərar verilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında karikaturanı çəkən Doğan Pehlevanın saxlanılma görüntülərini yayıb.






















































