Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Türkiyədəki yanğında ölənlərin sayı artdı - Yenilənib
Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda yerləşən hoteldə yanğın zamanı həlak olanların sayı 66 nəfərə çatıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Onun sözlərinə görə, yaralıların sayı isə 51-ə yüksəlib.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 10 nəfərin həlak olduğu, daha 32 nəfərin isə yaralandığı deyilirdi.
***
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hoteldə baş verən yanğında ölənlərin sayının 76-ya yüksəldiyini açıqlayıb.

























































