“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Etnik zorakılıq və raşizm siyasəti iflasa məhkumdur
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Son günlər Rusiya ərazisində, xüsusilə Yekaterinburq və digər şəhərlərdə Azərbaycan vətəndaşlarına və etnik azərbaycanlılara qarşı həyata keçirilən basqılar, saxlanmalar və zorakılıq aktları təkcə insident deyil, bu, planlı, sistemli, dövlət səviyyəsində ya dəstəklənən, ya da görməzdən gəlinən bir diskriminasiya siyasətinin açıq təzahürüdür. Təəssüf ki, həmyerlilərimiz arasında ölənlər və yaralılar var. Söhbət hüquq pozuntusundan yox, etnik zəmində həyata keçirilən terror və təqibdən gedir.
Rusiya Federasiyası bu gün təkcə Azərbaycan vətəndaşlarının yox, ümumilikdə qeyri-rus xalqların hüquqlarını pozan, onları təzyiq altında saxlayan, məhz milliyyətinə görə insanları hədəfə alan bir sistem qurub. Bu sistemin adı var: raşizm. Dünya bunu artıq belə tanıyır. Raşizm – rus şovinizminin, imperiya düşüncəsinin və faşist ideologiyasının müasir formasıdır.
Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə silahlı basqınlar, saxlanılanların işgəncəyə məruz qalması, bəzilərinin həlak olması – bu, sadəcə hüquqi yox, geosiyasi və ideoloji təxribatdır. Bu hadisələr təkcə cinayətkar qrupların işi deyil. Bu Kremlin göz yumduğu, bəlkə də gizli şəkildə təşviq etdiyi bir siyasətin nəticəsidir. Bu siyasətin məqsədi təkcə Azərbaycan vətəndaşını alçaltmaq deyil, ümumən türklüyə, müsəlmana, qeyri-rusa nifrət ideologiyasını yaymaqdır.
Unudurlar ki, Azərbaycan artıq zəif, parçalanmış, daxili böhranlarla üzləşmiş 90-cı illərin dövləti deyil. Bu gün Azərbaycan regionun qalib dövləti, geosiyasi aktorudur. 2020-ci ildə əldə olunan hərbi zəfər, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri, Avrasiyanın enerji və nəqliyyat xətlərində lider rolu – bütün bunlar sübut edir ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkün deyil.
Rusiya tərəfi isə bu gerçəkliklə barışmaq istəmir. Bu gün rus şovinizminin əsas hədəfi – türklərdir. Xocalı soyqırımı, 20 Yanvar qırğını, Ermənistana uzunmüddətli dəstək, Azərbaycan ərazilərinin işğalında susqun mövqe, AZAL təyyarəsinin vurulması – bütün bunlar Moskvanın keçmişdən bu günə qədər aparıcı güc olaraq Azərbaycanı zəiflətmək niyyətinin sübutlarıdır.
Yekaterinburqda baş verənlər təkcə ayrı-ayrı hüquq-mühafizə orqanlarının özbaşınalığı deyil. Bu, Kremlin böyük rus millətçiliyinin ideoloji manifestidir. Necə ki, Ukraynada müharibə aparan rus ordusu başda Qafqaz və Orta Asiya xalqlarını cəbhəyə göndərib, öz rus gənclərini qoruyur, eyni ssenari daxildə də tətbiq olunur: milliyyətinə görə susdurma, alçaltma, məhv etmə.
Azərbaycan dövləti və cəmiyyəti bu siyasətə qəti və sərt reaksiya verməlidir. Bu cür hallar diplomatik bəyanatlarla kifayətlənməməlidir. Azərbaycanın Rusiyadakı səfirliyi, konsulluqları, diaspor təşkilatları, hüquq müdafiə strukturları tam səfərbər olmalı, həm beynəlxalq tribunalara, həm də Rusiya hökumətinə açıq şəkildə irad bildirməlidirlər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yekaterinburqda azərbaycanlı diaspor üzvlərinin saxlanılması ilə bağlı vəziyyətə dair açıqlama verib.
Mariya Zaxarovanın hadisəyə münasibəti baş verənlərin heç də təsadüfən olmamasından xəbər verir.
Əgər Rusiya bu cinayətləri törədənləri cəzalandırmırsa, əksinə onları təşviq edirsə, deməli, artıq Azərbaycanla strateji tərəfdaşlıqdan danışmaq yersizdir. Strateji tərəfdaşlıq qarşılıqlı etimada əsaslanır. Əgər tərəflərdən biri təzyiqə məruz qalırsa, bu tərəfdaşlıq yox, asimmetrik asılılıq modelidir və Azərbaycan belə münasibəti rədd edir.
Hazırda hökm sürən raşizm rus xalqı üçün də faciədir. Bu ideologiya təkcə azərbaycanlılara yox, rus xalqına da zərər vurur. Bu məhv yoluna düşən Putin rejimi təkcə qonşularına yox, öz xalqına da fəlakət vəd edir.
Azərbaycan cəmiyyəti Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə cəhdini insanlıq əleyhinə cinayət kimi qiymətləndirir və bu terrorun göstərişini verənləri lənətləyir. Bu zorakılığın məsuliyyətini Rusiya rəhbərliyi daşıyır. Əgər Moskva bu hadisəyə qarşı rəsmi üzrxahlıq bildirməyəcək, günahkarları cəzalandırmayacaqsa bu, birbaşa dövlət səviyyəsində soydaşlarımıza qarşı düşmən münasibətinin etirafı olacaq.
Azərbaycan xalqı qürurludur. Bizə hörmət edənlərlə dostluq edərik. Əks halda, hər kəslə özünə uyğun səviyyədə danışmağı seçərik.























































