Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
CƏNUB MEŞƏLƏRİNİN HAZIRKI DURUMU.
Son zamanlar 1saylı Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin tabeliyində olan meşələrin mühafizəsinin qücləndirilməsi ilə bağlı həmin idarənin direktor əvəzi olan Habil Əliyev tərəfindən cox ciddi və zəruri addımlar atılmışdır. Hazırkı durumda sözu gedən meşələrdə qanunsuz olaraq kök üstə yaş ağacın kəsilməsi tamamilə dayandırılıb. Bü danılmazdır ki , H. Əliyevin bu idarəyə rəhbərlik dövrü bir neçə ay olsa da , lakin meşə massivlərin qorunub mühafizə olunmas ücün çox uğurlu addımlar atılmışdır.
H.Əliyev cəmiyyətimiz tərəfindən yetərincə taninan bir ziyalıdır. Həm də çox səmimi mehriban və qayğkeşdir. O,rəhbərlik etdiyi kollektivin deyil , onu tanıyan hər bir şəxsin dərin hörmət və ehtiramını qazanıb. Ürəkağrıdıci məqamdır ki, bəzi paxıl və böhtançı xislətində olan şəxslər xalqa və dövlətə layiqincə xidmət edən ziyalılarımızın insani keyfiyyətlərini həzm edə bilməyərək , onlara qarşı böhtan və təxribat xarakterli kampaniyaya başlayırlar. Sosial mediadakı bir telekanalda Lerik meşələrinin şəxsən H.Əliyevin göstərişilə qırılması ilə bağlı yalan və iftiralar dolu pafoslu cümlələri eşidəndə ani olaraq düşündüm ki,axı bu telekanalın rəhbəri haqdan, ədalətdən danışır, həm də mətbuat sahəsində yetərincə təcrübəsi var. O, yaxşı bilir ki, əsl mətbuatçının yolu Həsən bəy Zərdabinin, Mirzə Cəlilin yoludur, qəzetçi Rzaların yolu deyil. Həm də, əsl mətbuatçi qərəzsiz və obyektiv mövqedə olmalıdır. Nə isə...
Mənim məqsədim H.Əliyevi müdaifə etmək deyil, onu tam yaxından tanıdığımdan həm Lerik rayonun meşələrinə yetərincə bələd olduğum səbəbindən məsələyə tam əhatəli olaraq münasibət bildirməyi bir media nümayəndəsi kimi özümə borc bildim.
Bunu da xüsusilə qeyd edim ki, vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edərək, səxsi maraqlarına xas olan qaydaları ilə dövlətimizin qanunlarını kölgədə qoyan, Eklogiya və Təbbi Sərvətlər Nazirliyin imiclərinə xələl gətirənlərə qarşı barışmaz mövqeyimi zamanında bildirmişəm.Həmin şəxslər zamanında tənbeh olub , laiqli cavablarını da alıblar.
Xatırladaq ki, bir necə il oncə Cənub zonasının meşə massivləri oduncaq və işlik mebel materialı üçün kütləvi qırılaraq talan edilirdi . Elə bir vəziyyət yaranmışdır ki, Çənub meşələrində qırılan ağacların daşınması üçün ağır tonajlı texnikaların hərəkətləri bizə hərbi poliqonları xatırladırdı.Həm də ən acınacaqlı vəziyyət o idi ki, məsələyə dəxli olan aidiyyəti qurumlar da meşlələrimizin vəhşicəsinə qırılmasına rəvac verirdilər.Bəs onda bu qün özünü təbiətin "fədaisi" kimi qələmə verənlər harda idilər və niyə susurdular. Səxsi hişlərin və maraqlarından ötrü cəmiyyətimizin vicdanlı və namuslu ziyalımarımızı ləkələməkdən ötrü yalan və iftira ilə dolu məlumatları bəzi sosial şəbəkələrə ötürən şəxslər bilməlidir ki, özgəsinə quyu qazan özü düşər.
Hazırkı durumda işə 1saylı Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin tabeliyində olan meşələrin massivlərində kütləvi ağac qırıntısının qarşısı alınıb, bütün neqativ hallar aradan qalxıb . Sevindirici haldır ki, fauna və floranın qorunması və inkişafı üçün yerincə addımlar atılıb və tədbirlər görülüb.Bu idarənin tabeliyində olan Lerik ərazisindəki meşələrin kütləvi qırılması ilə bağlı məlumatların yalan olması barədə isə isə yetərincə arqumentlər vardır.
İnformasiyanı yayımlayan sait konkret olaraq Lerik ərazisindəki meşələrinin qırılması ilə bağlı hec bir video material təqdim etməyib, ağac qırıntıların hansı ərazidə , hansı kvartalın hansı dolayında getməsi barədə konkret olaraq heç bir məlumat yoxdur.Belə bir deyim var ,,Milçək bir şey deyil, ürək bulandır"
Zahid Həbiboğlu AJB-nin üzvü
Müstəqil araşdırmaçı , Xeber24. media xəbər saitin təsisçisi və redaktoru.























































