Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Paşinyan Türkiyədə Ərdoğan və Əliyevin şərtlərini qəbul edib?" adlı süjetdə İsrail-İran müharibəsi fonunda Cənubi Qafqazda baş verən maraqlı proseslərdən və Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən bəhs olunur.
Bildirilir ki, İrəvanda rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlərin qəbul edildiyinə dair gərgin müzakirələr gedir: "Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə ilk dəfə səfər etdi. Onun keçirdiyi görüş İsrail-İran müharibəsinin "kölgəsində" qalsa da, bu, regionda baş verən proseslər fonunda bölgənin gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün ilk öncə Türkiyənin "Azərbaycan səddini" aşmalıdır".
Qeyd olunur ki, Paşinyan İstanbuldakı ermənilərlə görüşündə Bakı və Ankaranın "Turan" ideyası və bu ideya çərçivəsində Zəngəzur dəhlizinin açılması istəyindən danışıb və bununla Zəngəzur dəhlizinə və "Turan" ideyasına razı olduqlarına işarə vurub.
Erməni türkoloqlar Tiran Lokmaqyozyan, Varujan Qeqamyan, şərhçi Sevak Akopyanın fikrincə, Paşinyan İstanbulda şərtləri qəbul edib: "Paşinyandan öncə İlham Əliyevin Türkiyəyə səfər etməsi o deməkdir ki, Ankara üçün Azərbaycanın maraqları hər şeydən üstündür. Zəngəzur dəhlizinin açılması, Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilərin olmaması, azərbaycanlıların Ermənistana qayıtması (Qərbi Azərbaycana), "soyqırımı" iddialarının aradan qalxması və s. Paşinyan üçün bu məsələlərin heç biri problem deyil. O, Türkiyəyə sadəcə qəhvə içməyə getməmişdi. Hər şey gizli şəkildə saxlanılır. Azərbaycanlılar Ermənistana qayıdacaqlar, Gümrü də de-fakto Türkiyənin nəzarətinə keçəcək".
Diqqətə çatdırılır ki, bunlar erməni şərhçilərinin iddialarıdır və məqsəd erməni ictimai rəyində Paşinyanın əleyhinə fikir formalaşdırmaqdır: "Lakin sirr deyil ki, Ermənistanın bölgədə normal ölkə kimi mövcud olması və qonşularla normal münasibətlər qurmasının yeganə yolu məhz bu şərtlərin qəbul edilməsindən keçir. Revanşistlərin etirazlarına baxmayaraq, Paşinyanın irəli sürdüyü "Real Ermənistan" konsepsiyası da buna əsaslanır".
Sonda vurğulanır ki, regionda şərtlər sürətlə dəyişir, xüsusilə İran ətrafındakı müharibə vəziyyətindən sonra Ermənistanın çıxış yollarının tükəndiyi aydın görünür: "Bu vəziyyət Ermənistanın Zəngəzur dəhlizindən tutmuş, azərbaycanlıların öz yurdlarına - Qərbi Azərbaycana qayıdışına qədər bütün tələbələri qəbul edəcəyi perspektivlərini gücləndirir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.























































