HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
"EŞQNAMƏ"NİN TƏQDİMATI
Həkim, şair dostum Hacı Çingiz Ərəblinin uzun illər ərzində yazıb ərsəyə gətirdiyi "Eşqnamə" kitabının (redaktor və ön söz muəllifi: Tapdıq Əlibəyli) təqdimat mərasimi coşqulu və poeziya bayramı ovqatında keçdi. Tədbirdə iştirak edən tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat təmsilçilərinin və həkimlərin çıxışları maraqlı, yaddaqalan oldu.Turk Ağsaqqaları Birliyinin Sədr müavini Eyvaz Qunbatov və TAİB-in İdarə Heyətinin üzvlərinin işıqlı fikir və düşüncələri tədbirə daha da möhtəşəmlik gətirdi.
Qeyd edim ki, monumental poema olan "Eşqnamə" də Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin islam dünyasında rolu poetik incəliklə, özəlliklə - həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun şəkildə təsvir edilib.
Uğurlar!
Tapdıq ƏLİBƏYLİ
"BİZ -BİZƏ" restoranı, 22.06.2025






















































