Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
Əliyar Fərzəliyev – dövlətçiliyə sədaqəti, Vətən sevgisi və xeyirxah əməlləri ilə seçilən ziyalı
Dövlətə sədaqətlə xidmət edən rəhbər: Şəmkir Elektrik Şəbəkəsinin rəisi Mehman Xəlilovun fəaliyyəti
İçərişəhərdə keçirilən konsert müzakirələr yaratdı
Bu günlərdə İçərişəhərdə keçirilən konsert proqramı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bəzi izləyicilər paylaşımlarında ziyarətə bağlı olan türbələrdə musiqiçilərin konsert verməsini qınayıb.
Onlar Şirvanşahların dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi və digər övliyaların türbələrinin ətrafında belə tədbirlərin keçirilməsini hörmətsizlik kimi qəbul edirlər. Vətəndaşlar aidiyyəti qurumların həmin övliyaları tanıtmaq əvəzinə, türbələrdə şou təşkil etməyini qınayıblar.
Məsələ ilə bağlı İçərişəhər Qoruq İdarəsinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin baş məsləhətçisi Səfayə Əhmədova saytımıza açıqlamasında bildirib ki, Bakuvi Türbəsi ətrafında keçirilən musiqi proqramı ilə bağlı səslənən fikirləri anlayışla qarşılayırlar: “Tarixi məkanlara olan həssaslıq bizim üçün hər zaman önəmlidir. Eyni zamanda, bu abidələrin mədəni həyatın bir parçası olaraq yaşadılması və tanıdılması da vacibdir. Xüsusən də gənc nəslə. Sözügedən tədbir zamanı heç bir yüksək səsləndirici avadanlıqdan istifadə olunmayıb, qeyri-etik rəqs və ya davranış nümayiş etdirilməyib. Proqram sakit, estetik və mədəni şəkildə təqdim olunub.
Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər bu kimi mədəni layihələrə dəfələrlə ev sahibliyi edib. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi zamanı ictimai rəylər və həssaslıqlar diqqətlə nəzərə alınacaq. İçərişəhərdə keçirilən tədbirlərə göstərdiyiniz diqqət və münasibətə görə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, türbə görkəmli müsəlman alimlərinin, hökmdar, hökmdar ailəsi üzvlərinin və digər tarixi şəxsiyyətlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikiliyə deyilir.
Lamiyə Məmmədova
























































