ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
“Sabit tarif əlavə heç bir maliyyə yükü yaratmır”
“Sabit tarif mənzil sahibi olan və onu istifadə edən vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır. 2006-cı ildən başlayaraq 3 milyon 627 min mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bura mənzillər, fərdi yaşayış, bağ evi və digər əmlak növləri daxildir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Millət vəkilinin sözlərinə görə, rəsmi statistika təsdiq edir ki, qeydiyyata alınan mənzil və fərdi yaşayış evlərinin böyük əksəriyyəti bir mülkiyyətçi üzrədir və istifadə olunur: “Bu strukturda 1 və daha çox əmlaka malik olan mülkiyyətçilərin sayı yüksək deyil. Bu isə o deməkdir ki, say etibarı ilə mülkiyyətçilərin böyük əksəriyyətinin cəmi bir mənzil və ya fərdi yaşayış evi var. Deməli, sabit tarifin tətbiqi onların böyük əksəriyyətinin ödənişində heç bir dəyişiklik yaratmayacaq.
Bu qanunun iqtisadi, sosial və fiskal tərəfləri də var. İqtisadi baxımdan, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, sərmayələrin əmlak bazarında passiv saxlanması arzuolunan deyil. Buna görə də, ABŞ daxil, əksər inkişaf etmiş dövlətlərdə isitifadə edilməyən əmlaka görə sabit tariflər tətbiq olunur. Çünki sərmayənin əmlak bazarına deyil, real sektora yönəlməsi iqtisadi inkişafı stimullaşdırılır. Bu eyni zamanda, əmlak bazarındankı qeyri-struktur tələbin qarşısını alır. Belə ki, eyni şəxsin bir neçə mənzilə sahib olması və onları xərcsiz və istifadəsiz saxlaması həm də əmlak bazarında tələb yaradır və bu da qiymət artımlarına səbəb olur. Bu baxımdan, sabit tariflərin əsas iqtisadi hədəflərindən biri sərmayənin passiv saxlanması deyil, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa stimul verməsinə hesablanan hərəkətinə nail olmaq, digəri isə bu sektorda qiymət tarazlığını qorumaqdır”.
Vüqar Bayramovun fikrincə, bu layihənin fiskal tərəfi ondan ibarətdir ki, kommunal xidmətləri təchiz edən qurumlar yaşayış binalarınadək ümumi şəbəkəni qururlar. Bu da büdcədən bu istiqamətə ayırma olmaqla müəyyən fiks xərc deməkdir: “Amma əgər həmin binada mənzillərin müəyyən hissəsi alınıb istifadə olunmursa, o şəbəkə rentabelli olmur və gəlir deyil, amortizasiya, saxlanma daxil olmaqla əlavə xərc yaradır. Bu isə dövlət büdcəsi üçün əlavə fiskal yük deməkdir.
Layihənin sosial tərəfi ondadır ki, bir və daha çox mənzil olan və onlardan istifadə etməyənlərin ödədiyi sabit tarif dövlət büdcəsinin enerji sektoruna subsidiyaların həcmini azalda bilər. Bu isə o deməkdir ki, büdcə vəsaitlərinə bu istiqamət üzrə qənaət edilməsi, həmin vəsaitlərin başqa proqramlara, o cümlədən sosial sferaya yönəldilməsinə imkan verə bilər. Bu isə sosial təminat baxımından arzuolunandır”.
Nuranə Daxilqızı























































