Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov futbol turnirinin açılış mərasimində iştirak edib.
Xezertv.info xəbər vrir ki, 2025-ci il mövsümü üçün AFFA-nın rəhbərliyi və Regional Futbol Federasiyaları İctimai Birliyinin (RFF İB) təşkilatçılığı ilə 2010/2011-ci il təvəllüdlü futbolçulardan ibarət regionların yığma komandaları arasında keçirilən "Region Kuboku" yarışlarının "B" qrupu oyunlarına start verilib.
İyunun 20-də Şirvan Olimpiya İdman Kompleksində "B" qrupu oyunlarının açılış mərasimi keçirilib.
Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RFF İB-nin prezidenti İsgəndər Cavadov, veteran futbolçular və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə idmanın inkişafından danışaraq, tədbirin əhəmiyyətini qeyd edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana olan yüksək diqqət və qayğını, bunun nəticəsi olaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.
Çıxış edən RFF İB-nin prezidenti İsgəndər Cavadov RFF İB-nin gördüyü işlərdən söz açıb, ölkəmizdə idmanın inkişafının prioritet sahələrdən biri olduğunu vurğulayaraq, regionlarda uşaq futbolunun əhəmiyyətindən danışıb.
"B" qrupunun birinci turunun oyunlarında Şimal RFF – Mərkəz RFF, Cənub RFF – Bakı RFF üz-üzə gəlib.





































































