“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
Bu il Azərbaycanda hansı kənd təsərrüfatı məhsulları festivalları keçiriləcək?
"Sabah Samuxda ikinci Ərik Festivalı, iyul ayında Şəmkirdə Tərəvəz Festivalı, Daşkəsəndə Kəndli-Fermer Festivalı, Kürdəmirdə Bostan Festivalı keçiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə start götürən məhsul festivallarına həsr olunmuş mətbuat konfransında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.
Direktor əlavə edib ki, avqustda ilk dəfə Xaçmazda Şaftalı Festivalı, Göygöldə ikinci Moruq Festivalı, həmçinin Üzüm-Şərab Festivalı, ilk dəfə olaraq Çəltik-Düyü Festivalı, Neftçalada Balıq Festivalı, Saatlıda Pambıq Festivalı, oktyabrda Balakəndə sayca beşinci Xurma Festivalı, Ağstafada Yerfındığı Festivalı və ilin sonunda Ağdaşda Heyva Festivalı keçiriləcək.
Məhərrəm Əliyev























































