Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
Dünən, 10:54

Anar Rzayevə ağır itki

Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

18 İyun 2025 09:52Manşet / Gündəm

Kamran Əliyev İbrahim Ləmbəranskini işdən çıxardı

 

Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.

Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.

Qeyd edək ki, ötən gün Gədəbəy və Lerik rayonunun prokurorları da dəyişdirilib. Prokurorluq orqanlarında bu kimi islahatların davam edəcəyi gözlənilir.