Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 11:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 10:37

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 10:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 09:31

Putin Hindistandadır - Video

17 İyun 2025 11:17Manşet / Gündəm / İdman

“Araz-Naxçıvan”dan yeni transfer

 

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu artıq Bakıdadır.

Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Coheni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.