Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubovun doğum günüdür – TƏBRİK EDİRİK!
Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyeva – “The World Album”un rəsmi istirakcısı secilib
“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubovun doğum günüdür – TƏBRİK EDİRİK!
Bu gün Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri, nüfuzlu və yüksək peşəkarlığı ilə tanınan vətənpərvər insan Elxan Yaqubovun doğum günüdür. Öz işinə dərin məsuliyyət və vicdanla yanaşan Elxan Yaqubov uzun illərdir ki, Azərbaycan səhiyyəsində fərqli yanaşması, innovativ düşüncə tərzi və təbii üsullarla müalicəyə verdiyi töhfələrlə seçilir.
Elxan Yaqubov rəhbərlik etdiyi Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzində ənənəvi tibbin və müasir bioloji təbabət metodlarının uğurlu sintezini tətbiq edərək, yüzlərlə insana sağlam həyat bəxş edib. Onun təşəbbüsü ilə Azərbaycanda funksional tibb, detoks proqramları, xroniki xəstəliklərin dərmansız və fəsadsız müalicəsi sahəsində mühüm addımlar atılıb. Bu gün mərkəz ölkənin qabaqcıl sağlamlıq ocaqlarından biri kimi tanınır.
Elxan Yaqubov təkcə bacarıqlı rəhbər olaraq, həm də humanist şəxsiyyət, insan sağlamlığını həyatının əsas prioritetinə çevirən bir ziyalıdır. O, daim pasiyentlərin rifahını ön planda tutaraq, etik və insani dəyərləri fəaliyyətinin mərkəzinə qoyur. Hər bir pasiyentə fərdi yanaşma göstərməsi, təbiiliyi əsas tutması onun uğur sirrinin başlıca səbəblərindəndir.
Doğum günü münasibətilə Elxan Yaqubovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Onun bu sahədəki fədakar xidmətləri daim yüksək qiymətləndirilir və cəmiyyətimiz tərəfindən hörmətlə qarşılanır.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü