ÇİN DÖYÜŞ NÖVLƏRİ ASSOSİASİYASININ KUNG-FU FEDERASİYASI DÖVLƏTƏ, VƏTƏNƏ VƏ GƏNC NƏSLƏ XİDMƏT YOLU
GDU rektorunun ailə üzvləri iş adamının restoranını məcburi satdırmaq istəyir - Şəmkirdə sahibkara qarşı təzyiqlər
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
GÜNƏŞİN ÖVLADLARI – Xüsusi Təyinatlı Qüvvələrin canlı əfsanəsi Şərafəddin Xankişiyev...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır - “El Çapo”, “Diddi” ilə eyni ünvan...
KİV: "İran atəşkəs danışıqlarından imtina edib"
İran, ABŞ və İsraillə təmaslarında vasitəçilik edən Qətər və Omana bildirib ki, İsrailin hücumları davam etdiyi müddətdə atəşkəslə bağlı danışıqlara açıq deyil.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Dubaydan anonim rəsmi mənbəyə istinadla xəbər yayıb.
Agentlik həmin şəxsin vətəndaşlığını açıqlamasa da, onun İranın Qətər və Omanla apardığı təmaslar barədə məlumatlı olduğunu iddia edir.
"İranlılar qətərli və omanlı vasitəçiləri məlumatlandırıblar ki, İsrailin qabaqlayıcı zərbələrinə cavablarını başa vurduqdan sonra ciddi danışıqlara hazır ola bilərlər. İran açıq şəkildə bildirib ki, hücumlara məruz qaldığı müddətdə danışıqlara başlamayacaq", - deyə mənbədən bildirilib.
Rəsminin sözlərinə görə, İranın guya Qətər və Oman vasitəsilə ABŞ-ni danışıqlara qoşulmağa çağırması və nüvə proqramı ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirməsi barədə yayılan xəbərlər dəqiq deyil.
İndiyədək nə İran, nə Oman, nə də Qətər bu məsələyə dair rəsmi açıqlama verməyiblər.
Məlumat üçün qeyd olunur ki, son aylar Oman İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçilik edib. Sonuncu raund şənbə günü baş tutmalı idi, lakin İsrailin hava zərbələri səbəbilə ləğv olunub.
Qətər isə daha əvvəl İran və İsrail arasında təmaslarda vasitəçi kimi çıxış edib.
Həm Oman, həm də Qətər Tehran və Vaşinqtonla yaxşı münasibətlərə malikdirlər, eyni zamanda İsraillə də birbaşa əlaqələrə sahibdirlər.























































