Menu
Xəbər Lenti
15 İyun 2025 13:53Manşet / Gündəm / Mədəniyyət

Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyeva – “The World Album”un rəsmi istirakcısı secilib

Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyeva – “The World Album”un rəsmi istirakcısı secilib

Əziz və hörmətli oxucularımız! Bu dəfə sizlərə öz peşəsini, işini, sənətini sevən Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyevadan söhbət edib, onun haqqında danışaraq onu sizlərə tanıdacayıq.

"Qanunyolutv.az" xəbər verir ki, bəstəkar-ifaçı Aydan Əliyeva 1998-ci ildə Bakı şəhəri, Xəzər rayonu Türkan Qəsəbəsində anadan olmuşdur. Aydan Əliyeva 2008-2013-cü illərdə Mərdəkan qəsəbəsində 17 saylı Musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almış, 2013-2017-ci illərdə isə Asəf Zeynallı adına Musiqi kollecini İxtisas -Fortepiano, Fakultativ-Xanəndəlik ixtisasları üzrə bitirmişdir. Onun müəllimləri - Xalq artistləri: Gülyaz və Gülyanaq Məmmədovalar, Əlibaba Məmmədov olmuşdur.

Sonra 2017-2021-ci illərdə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq ixtisası üzrə Professor, Bəstəkar Aydın Əzimov və Arif Məlikovun sinfində təhsil alıb bitirmişdir.


2021-ci ildə Türkiyədə keçirilən Cantabile adlı Beynəlxalq müsabiqədə yazdığı Simli Kvartet əsəri "Gran-Pri" mükafatına layiq görülübdür.
2021-ci ildə Ukraynada keçirilən "Ukraynada yaşayacağam" adlı Beynəlxalq müsabiqədə Nizami Gəncəvinin qəzəlinə yazdığı "Ay üzlü nigarım" adlı romansı I yer dərəcəli diplom mükafatına layiq görülmüşdür.

Onu da qeyd edim ki, Aydan xanım bugünədək müxtəlif janrlarda əsərlər yazmışdır: 2020-ci ildə Qarabağ müharibəsi zamanı yazdığı "Qarabağ qələbəsi" adlı simfonik poema (l hissə- "Əsgərlərin yürüşü", ll hissə - "Suqovuşanın alınması", lll hissə - "Şuşa Cıdır düzü səhəri", lV hissə - "Döyüş və Qələbə") olmuşdur.

Daha sonra 2023- cü ildə Aydan Əliyeva "Allahım" adlı 4 hissəli simfonik poema yazmışdır. 2023-cü ildə Xor, kamera orkestri, fortepiano üçün "Elegiya" adlı əsəri Azərbaycan Dövlət Filarmoniyasında Şəhidlərə həsr olunmuş tədbirdə 400 nəfər şəhid anası qarşısında səsləndirilmişdir.


Müsahibimiz Aydan xanımın yazdığı 50-yə yaxın mahnısı var. Onlardan bir neçəsi məşhur ifaçılar tərəfindən səsləndirilmişdir:
1. "Gözəl Azərbaycan" - Lalə Məmmədova (əməkdar artist )
2. "Tutulmuşam" - Rövşən Əziz
3. "Mahnılar və Sən" - Nazpəri Dostəliyeva & Nihat Məlik
4. "Mənə bax" - Röya Ayxan, Aygül Arzum
5. "Gəlmədin" - Firuzə Babayeva
6. "Dünya" - Gülyaz Məmmədova
7. "Xatirə" - Gülyanaq Məmmədova və.s.

Nəzərinizə çatdırım ki, Aydan xanım Əliyeva 2024-cü il noyabrın 24-ü "Azərbaycan Bəstəkarlar İttifaqı"nın üzvü seçilmişdir.


Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyeva, dunyanın hər bir olkəsində dogulmus musiqicilərin yer aldıgı unikal bir layihənin – “The World Album”un rəsmi istirakcısı secilib. Layihənin təskilatcısı Kaliforniyadan Brandon Beckwith, Aydan xanımı layihənin A&R komandası vasitəsilə tapıb. Aydan Əliyeva bu layihədə həm bəstələdiyi, həm də ifa etdiyi “Qəribə adam” adlı mahnı ilə təmsil olunur. Bu mohtəsəm albom 200 mahnı, 93 dil, 121 janrdan ibarətdir və 12 saat yarım davam edəcək. Albomun rəsmi buraxılıs tarixi 1 avqust 2025-ci ildir.

Layihənin istirakcıları ucun Instagram qrup kanalı yaradılıb və 1 avqustda Amsterdamda boyuk bir sənətci toplanısı keciriləcək.

Qeyd edim ki, Aydan Aliyeva "Azərbaycan Bəstəkarlar İttifaqı"nın üzvü, Beynəlxalq müsabiqələr laureatı, bir sıra mahnıların, klassik əsərlərin müəllifidir.

P.S. Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından bu misilsiz fəaliyyətlərinə görə Aydan xanıma möhkəm can sağlığı, uzun ömür, ilham dolu yollar və daim yüksələn səhnələr arzulayıram! Ruhlara işıq saçan sözləriniz heç vaxt sönməsin, səsiniz daim könüllərə yol tapsın, daim yüksələn ruh, yeni nailiyyətlər və daha böyük auditoriyalara çatmaq arzusu ilə…



İşıqlı yolunuz daim açıq olsun, AYDAN xanım!

Hörmətlə,
Arif Süleymanlı
"Qanunyolutv.az" saytının təsisçi və baş redaktoru