Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
İlon Mask yeni siyasi partiya yaradır?
Sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampla münaqişədən sonra "X" sosial şəbəkəsində izləyicilərindən ABŞ-yə yeni siyasi partiyanın lazım olub-olmadığını soruşub.
Oxu.Az xəbər verir ki, bu ideyanı onun sorğusunda iştirak edənlərin 80%-i dəstəkləyib.
Sorğuda 5 630 775 nəfər iştirak edib, onlardan 4 500 000-dən çox respondent bu ideyanı dəstəkləyib.
"Yeni partiyanın yaradılması zərurəti ilə sorğuda iştirak edənlərin 80%-i razılaşıb. Bu, taledir", - deyə Mask yekunlaşdırıb.
Mask və Trampın münasibətləri bu yaxınlarda korlanıb. Milyarder ABŞ prezidentinin "vahid, böyük və gözəl" adlandırdığı federal xərclərin azaldılması haqqında qanun layihəsini kəskin tənqid edib.























































