Xəbər Lenti
Dünən, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Putin Papanın çağırışına hansı cavabı verəcək? - Ekspert
"Putin Roma Papası XIV Levin bu çağırışına məhəl qoymayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Papa XIV Levin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında onu Ukraynada sülhə töhfə verəcək bir jest etməyə çağırmasını şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, Vatikan Rusiya-Ukrayna münaqişənin tənzimlənməsində vasitəçilik təşəbbüsü ilə çıxış edib:
"Lakin Kreml Vatikanın bu təşəbbüsünü qəbul etməyib. Çünki Putin Vatikan rəhbərinə güvənmir, ona etibar etmir. Bunu həmçinin Vatikanla Rus Provaslav kilsəsi arasında qeyri-səmimi münasibətə görə qəbul etmir. Digər tərəfdən, bu, Putinin təhlükəsizliyi baxımından da əlverişli deyil. Çünki İtaliya Roma Statunu qəbul edib. Bu səbəbdən Putin İstanbul formatına üstünlük verir".

Ekspert qeyd edir ki, hazırda Rusiyaya sülh və atəşkəs lazım deyil:
"Ona Ukraynanın içərilərinə doğru daha çox irəliləmək, postsovet məkanında gücünü bərpa etmək və velikorus ambissiyalarını gerçəkləşdirmək lazımdır. Bu səbəbdən Vatikanın təşəbbüsləri Putini maraqlandırmır. O, hətta Tramp adminstrasiyasını belə ciddiyə almır".
Konfliktoloq düşünür ki, Rusiyanı dayandıracaq yeganə qüvvə ABŞ mərkəzli anti-Rusiya koalisiyası ola bilər:
"Bunun üçünsə Avropa ilə ABŞ daha dərin konsolidasiyaya gəlməli, NATO artıq tərəfə çevrilməli, Putin ciddi ekstensional məğlubiyyətə uğradılmalıdır. Əks təqdirdə, Vatikanın çabaları da mümkünsüz olacaq. Putin Rusiyası üçün bu keçərli deyil. İstanbul danışıqları da Putin üçün sadəcə manipulyasiya xarakteri daşıyır".
Qeyd edək ki, Roma Papası XIV Lev Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Vatikan mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət zamanı əsas diqqət Ukraynadakı vəziyyətə və sülh mövzusuna yönəlib. Papa Rusiya tərəfini sülhə töhfə verəcək bir jest etməyə çağırıb. O, həmçinin tərəflər arasında müsbət əlaqələrin qurulması və münaqişənin həlli yollarının axtarışı üçün dialoqun əhəmiyyətini vurğulayıb.
Rüfət Sultan























































