Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Özəl məktəb müəllimləri də sertifikasiyaya cəlb oluna bilər
Azərbaycanda bu ay müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.
18-25 iyun tarixlərində keçiriləcək imtahanlarda, həmçinin indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.
Qeyd edək ki, sertifikasiya prosesi yalnız dövlət məktəblərində dərs keçən müəllimlərə şamil edilir. Özəl məktəblərin tədris prosesində iştirak edən müəllimlər isə bu prosesə cəlb edilmir.
Qaynarinfo-nun məlumatına görə, məsələ ilə bağlı "AzEdu.az"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir
"Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir", - deputat qeyd edib.
Müəssisələrin qiymətləndirilməsinə gəldikdə isə Mehriban Vəliyeva bildirib ki, müvafik meyarlara görə bütün müəssisələrin qiymətləndirilməsi təhsil keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir:
"Belə monitorinqlər TKTA tərəfindən aparılır və nəticələrə görə dəstəkverici tədbirlər görülür. Müəllimlərin və təhsil müəssisələrinin qiymətləndirilməsi üçün meyarların davamlı olaraq təkmilləşdirilməsi diqqətdə saxlanmalı, proses nəticəyönümlü olmalıdır. Düşünürəm ki, bu istiqamətdə də işlər aparılır”.





















































